Mənə qarşı son 1 ay ərzində tamami ilə ağla sığılmaz insanlar tərəfindən mənəvi, fiziki təziqlər və qanuna zid olan rüşvət təklifləri olunur.

Mənə qarşı son 1 ay ərzində tamami ilə ağla sığılmaz insanlar tərəfindən mənəvi, fiziki təziqlər və qanuna zid olan rüşvət təklifləri olunur. Bunların hammısı mənə qarşı qurulmuş oyun olması ilə bağlı olduğunu düşünürəm. İfadə TV saytının baş redaktoru vəzifəsində olan İfadə Cəfərzadə İsgəndər qızı aşağıda gördüyünüz video görüntüdə mənim Ağdam rayon İcra başçısından hazırladığım material əsasında şikayətçi Ağdam rayon sakini Ağayev Elxan Yusif oğlunun iddiasına görə 10 000 manat məbləğində pul istəyib. Lakin Elxan ona 2 000 manat pul verib. Şikayətçi pulu İfadə Cəfərzadəyə verdikdən təxminən 2 gün sonra mənə zəng edib və İfadənin materialı yutubdan silməsi qarşılığında 10 000 manat yenidən pul istədiyi məlumatını və öncədəndə 2 000 manat rüşvət verdiyi məlumatını deyib. Mən isə bu sözləri eşitdikdən dərhal sonra İfadəyə zəng etdim. İfadə telefonu açaraq suallarımdan qaçmağa çalışdı. Mən İfadəyə dedim ki, aldığın rüşvəti 30 dəqiqə içərisində qaytarmasan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti nə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verəcəyəm. Lakin 30 dəqiqə keçdikdən sonra İfadə mənlə növbəti telefon zəngində dalaşdı. Və mən yuxarıda adını çəkdiyim qurumlara zəng və elektron ərizələr yazaraq, Ağayev Elxan Yusif oğlunun mənə demiş olduğu məlumatları verdim.
Bundan sonra mənə müxtəlif nömrələrdən zənglər gələrək, özlərini Ağdam rayon sakini kimi tanıdan şəxslərdən qeyri qanuni təkliflər irəli sürdürülərək, bu işi qabartmamağımla bağlı xəbərdarlıqlar olundu. Yuxarıda adını çəkdiyim adiyyatı üzrə dövlət müəssələrindən xahiş edirəm ki, dərhal bu məsələni araşdırsınlar.

Pin It

Şərh üçün bağlıdır.