Sabirabadda velosiped sürən 12 yaşlı uşağı maşın vurub öldürdü

Sabirabadda 12 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qəzli kəndində qeydə alınıb.

Kənd sakini, 12 yaşlı Həsənov Elşən Rövşən oğlu velosipedlə hərəkətdə olarkən avtomobil tərəfindən vurulub. Ağır xəsarətlər alan uşaq xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad polisi tərəfindən araşdırma aparılır.

Pin It

Şərh üçün bağlıdır.