Azərbaycanda qadın qonşusunu bıçaqladı

Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb.

Pravda.az-ın məlumatına görə, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib.

Mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.APA

Pin It

Şərh üçün bağlıdır.