Məktəblərə temperatur ölçən cihazlar və müəllimlərə üz sipəri alınıb

“Bütün məktəblərə temperatur ölçən cihazlar alınıb və onların paylanması prosesi gedəcək”.

“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bütün məktəblər eyni zamanda dezinfeksiya məhlulları ilə də təmin ediləcək.

R.Ağayev qeyd edib ki, əgər hər hansı müəllimdə koronavirusla əlaqəli şübhəli simptomlar aşkar olunsa, onlar test ediləcək: “Təhsilalanların maska taxması valideynlərin ixtiyarına buraxılır. Müəllim və məktəb heyəti isə mütləq maska taxmalıdır. Müəllimlər dərs vaxtı əlavə olaraq üz sipərindən də istifadə edəcək”.

Təhsil nazirinin müşaviri deyib ki, peşə və ali təhsil ocaqlarında maska taxılması məcburidir.

Pin It

Şərh üçün bağlıdır.