Bakıda gitaraçı oğlunun açdığı atəşlə öldü

Tanınmış gitara ifaçısı Nofəl Süleymanov faciəvi şəkildə ölüb.

Bu barədə “Report”a aparıcı Mikayıl Güləddinoğlu məlumat verib.

O qeyd edib ki, musiqiçi bu gün səhər saatlarında Bakıdakı evində 15 yaşlı oğlu Şövqi Süleymanovun ehtiyatsızlıqdan ov tüfəngindən atəş açması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, gitara ifaçısı olan N.Süleymanov bir çox məşhur müğənniləri müşayiət edib.

Pin It

Şərh üçün bağlıdır.