“Barselona” Messini “Mançester Siti”yə bu məbləğə satmağa hazırdır

İspaniya “Barselona”sı futbolçu Lionel Messini İngiltərənin “Mançester Siti” klubuna satmağa hazırdır.

“Report”un “Mirror”a istinadən məlumatına görə, Kataloniya təmsilçisi 33 yaşlı hücumçudan ötrü “şəhərlilər”dən 280 milyon avro istəyir. “Barsa” argentinalı forvardın əlavə vəsaitlə birgə dəyişdirilməsinə də razıdır.

Qeyd edək ki, daha əvvəl Messi hazırkı klubundan ayrılmaq istədiyini bildirib. Onu heyətinə cəlb etməyə namizədlər arasında İtaliya “İnter”i və “Yuventus”u, həmçinin Fransa PSJ-si də var. Messi yetirməsi olduğu “Barselona”nın əsas heyətində 2004-cü ildə debüt edib. O, 6 dəfə “Qızıl top”un sahibi olub.

Pin It

Şərh üçün bağlıdır.