” Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Bərdədə aztəminatlı ailələrə yardımlar edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən, ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar müxtəlif tədbirlər, o cümlədən sosial dəstək tədbirləri həyata keçirir.
Növbəti belə bir tədbir Bərdə Rayon İcra Hakimiyyəti və “Paşa Holdinq” MMC-nin birgə təşəbbüsü ilə Bərdə şəhərində həmçinin qəsəbə və kəndlərində baş tutub.
Belə ki, rayon ərazisində yaşayan yaşı 65-dən yuxarı tənha şəxslərə, aztəminatlı o cümlədən şəhid ailələrinə baş çəkilib, onlara ümumilikdə 300 ədəd gündəlik ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.
Aksiyadan yararlanan rayon sakinləri dövlətimiz tərəfindən onların sosial məsələlərinin həllinə daim böyük diqqət göstərildiyini, hər zaman qayğı ilə əhatə olunduqlarını bildirib və karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə başda dövlət başçısı cənab İlham Əliyev və ölkənin birinci xanım Mehriban xanım Əliyeva olmaqla bütün aksiya iştirakçılarına təşəkkür ediblər.

bc915062d6500001b2c23ff0c8e10ef8

b1181b34049b3b65780c8b14249224df

a4dd1dcebc30e248055e1f4faa03e67f

Pin It

Şərh üçün bağlıdır.