Yeni təhsil nazirindən ilk TƏYİNAT – FOTO

Təhsil Nazirliyində yeni təyinat olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Elnur Nəsibov nazirin müşaviri təyin edilib.

O, bu barədə öz sosial şəbəkə hesabında yazıb.

E.Nəsibov bundan əvvəl Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.

1596013827_elnurrr

Qeyd edək ki, iyulun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edilib.

Pin It

Şərh üçün bağlıdır.