“Qalatasaray”da Falkaonun gələcək taleyi bəlli oldu

“Qalatasaray” kolumbiyalı futbolçusu Radamel Falkaonu zədə səbəbi ilə mövsümün böyük hissəsində forma geyinmədiyi üçün satmaq qərarına gəlib.

Bu barədə “Spor Arena” məlumat yayıb.

“Cim-bom”la 2022-ci ilin yazına qədər müqaviləsi olan kolumbiyalı ulduz növbəti mövsüm də komandada qalmaq istəyir. Lakin “Qalatasaray” rəhbərliyi artıq qəti qərarını verib və sərfəli təklif gələcəyi halda ulduz futbolçu ilə yollar ayrılacaq.

Pin It

Şərh üçün bağlıdır.