“Darvaza”da xüsusi karantin rejiminin tətbiqinə məhəl qoyulmur- VİDEO/FAKT

Bəllidir ki, bu ilin mart ayından başlayaraq ölkəmizin bütün ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, hər cür qabaqlayıcı tədbirlərin görülməsinə başlanıldı.

Aprel ayının 5-də isə, xüsusi karantin rejiminin tətbiq olunması haqda Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgahın qərarı elan olundu. Bundan əlavə, ötən aylar ərzində ölkəmizin ərazisindəki ümumi vəziyyətin göstəriciləri gündəlik təhlil olundu və bir neçə gün bundan öncə Baş nazirin imzaladığı qərara əsasən, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 20 iyul saat 06:00-dan 5 avqust saat 06:00-dək uzadıldı. Yəni, bu şəhər və rayonlarda ictimai-iaşə obyektlərinin fəaliyyət göstərmələrinə qeyd olunan müddətə qədər məhdudiyyətlər tətbiq olundu. Karantin rejiminin tələblərinə hər bir şəxsin əməl etməsinin vacibliyini cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb, hər kəsə bu yöndə tapşırıq və tövsiyyələrini də bildirib. Hətta Nazirlər Kabinetinin və digər dövlət qurumlarının sözçüləri, ictimai-siyasi xadimlər, nüfuz sahibi olan şəxslər, tanınmış sənət adamları və s. təbliğatlarını da aparıblar. Bundan əlavə, cənab Vilayət Eyvazovun birbaşa nəzarəti altında daxili işlər orqanı əməkdaşlarının bu yöndə səfərbər olunmaları, onların hər kəsin xüsusi karantin rejiminin tələblərinə əməl etməsi yöndə lazımi addımlarını atmaları daha çox diqqəti cəlb edən məsələlərdən oldu. Onu da unutmaq olmaz ki, koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, ötən müddət ərzində büdcədən bu məqsədlə milyardlarla vəsaitlər xərcləndi.

Məsələnin təəccüb və təəssüf doğuran tərəfi odur ki, xüsusi karantin rejiminin qüvvədə olduğu bir vaxtda Xırdalan dairəsi ərazisində fəaliyyət göstərən və hər kəsin “Darvaza” adı ilə tanıdığı obyekt gecə-gündüz fəaliyyət göstərməkdə davam edir. Yəni, hazırda bu obyektdə həyat adi qaydada davam edir. Bir kimsə maska taxmadan, qoruyucu vasitələrdən istifadə etmədən bu obyektə daxil olub həm yemək yeyə bilir, həm çay, pivə, spirtli içki və s. içə bilir, həm də yüngül əxlaqlı qadınlarla “istirahət” də edə bilir. Hələ bu azmış kimi xüsusi karantin rejiminin qüvvədə olduğu bir vaxtda qeyd olunan obyektdə dörd nəfərdən ibarət “müştərilər” (iki kişi, iki qadın) 50 manat “haqq-hesab” verməklə gecələyə də bilirlər. İki nəfərdən ibarət müştəri isə (bir kişi, bir qadın) 25 man “haqq-hesab” verməklə gecələyə də bilirlər. Düşündürücü halın varlığı isə, hər kəsin xüsusi karantin rejiminin tələblərinə əməl etməsi üçün birbaşa məsuliyyət daşıyan polis əməkdaşlarının bu oobyektlə bağlı seyrçi mövqedə dayanmaları olur. O halın varlığına diqqət yetirmək lazımdr ki, mart ayından indiyə kimi koronovirus (COVİD-19) infeksiyasının ölkəmizin ərazisində yayılmasının qarşısının almaq məqsədilə, cənab Prezident başda olmaqla Azərbaycan hakimiyyəti hər cür addımını atıb, bu yöndə külli miqdarda vəsaitlər xərclənib. O halda sual oluna bilər ki, görəsən hər kəsin “Darvaza” adı ilə tanıdığı bu obyektdə belə bir addımın atılması hansı məqsədə xidmət edir? Yaxud da, obyekt sahibi ölkə rəhbərinin bu yöndə çağırışına, Operativ Qərərgahın qərarlarına əməl etməməklə nəyə nail olmaq istəyir? Yəni, bu gün bu kimi halların varlığı ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Əslində baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, “Darvaza” adı ilə tanınan obyektdə bu yöndə addımların atılması birbaşa dövlətimizə və xalqımıza qarşı yönəlik qəsdir, böyük bir xəyanətdir. Çünki, bu obyekti işlədənlər hal-hazırda koronovirus (COVİD-19) infeksiyasının yayılma riskinin artmasına şərait yaradırlarsa, deməli onlar dövlətimizin, xalqımızın taleyini düşünmürlər və xəyanət yolunu da tuturlar. Mövzunu diqqətdə saxlayacağıq.

GundemXeber.Az

Pin It

Şərh üçün bağlıdır.