Bərdə rayon İcra Hakimiyyəti başçısından açıqlama

Bəzi sosial şəbəkələrdə qəsdən guya oğlum Turala toy mərasimi keçirməyimlə bağlı gedən yazılarla əlaqədar bildirirəm ki, həqiqətən övladım bir il bundan əvvəl nişanlanmışdı.
Pandemiya ilə əlaqədar real vəziyyəti nəzərə alaraq hər iki ailənin və gənclərin öz razılığı ilə yalnız hər iki gənc VVAQ şöbəsinə gedərək nigahlarını rəsmiləşdirmiş və ailə qurmuşlar.
Heç bir mərasim, hətta ailə mərasimi belə keçirilməmişdir.
Yazılanlar real vəziyyəti əks etdirmir.
Bu addımın gələcəkdə toy etmək istəyən gənclərə nümunəvi addım olacağını düşünürük.

Pin It

Şərh üçün bağlıdır.