ŞAD XƏBƏR: Bu rayonlarda da sərtləşdirilmiş karantin rejimi tətbiq edildiyinə görə 190 manat veriləcək

Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının

Nazirlər Kabineti qərara alır:

1. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il

19 iyun tarixli 208 nömrəli Qərarının adında, 1-ci hissəsində və 6.1-ci

bəndində “, Goranboy, Göygöl şəhərlərinin” sözləri “şəhərlərinin”

sözü ilə əvəz edilsin və “Xaçmaz” sözü ndən sonra “, Goranboy,

Göygöl” sözləri əlavə edilib.

2. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə

tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarının 2-ci hissəsində

“, Goranboy, Göygöl şəhərlərinin” sözləri “şəhərlərinin” sözü ilə əvəz

edilsin və “Xaçmaz” sözündən sonra “, Goranboy, Göygöl” sözləri

əlavə edilib.

Pin It

Şərh üçün bağlıdır.