Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə karantin rejiminin gücləndirilməsi ilə bağlı kompleks tədbirlər görülməsi üçün Operativ Qərargahın növbəti iclası keçirilmişdir.

Bərdə rayonunda (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə karantin rejiminin gücləndirilməsi ilə bağlı kompleks tədbirlər görülməsi üçün rayon İcra hakimiyyəti Başçısının yanında yaradılmış Operativ Qərargahın növbəti iclası keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonun hüquq-mühafizə orqanlarına, xidmət təşkilatlarına və Operativ Qərargahın nəzdində yaradılmış təbliğat qrupuna növbəti ardıcıl tədbirlər həyata keçirilməsi üçün ciddi tapşırıqlar vermişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin sədrliyi ilə keçən iclasda təbliğat qrupuna Bərdə rayonunda Koronovirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması,sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadə qaydalarına ciddi əməl olunması məqsədilə rayon ərazisində mütəmadi monitorinqlərin keçirilməsi tapşırılmışdır.
Operativ qərərgahın tərəfindən hazırlanmış “Tədbirlər planı”nda Bərdə rayonu ərazisində fəaliyyət göstərən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələr (topdan və pərakəndə satış obyektləri, bazar və s.), otel,restoran,müxtəlif iaşə,eləcə də digər xidmət sahələrinin rəhbərlərinə həmin obyektlərdə qeyd edilən məsələ ilə bağlı monitorinqlər keçiriləcəyi ilə bağlı xəbərdarlıq məktublarının (bildirişlər) göndərilməsi, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan edilməsinə nəzarət həyata keçirilməsi, qayda pozanlara qarşı inzibati təsir mexanizminin həyata keçirilməsinin təşkili, Pandemiya ilə əlaqədar ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi Rayon ictimaiyyətinin və dövri mətbuatın gücündən istifadə edilməsinin təşkili, bildirişlər verilmiş obyektlərdə monitorinqlərin keçirilməsinin təmin edilməsi və müəyyən edilmiş qanun pozğunluqlarına görə inzibati cəza tədbirlərinin tətbiq edilməsinin təşkili,Rayon sakinlərindən Koronovirus infeksiyasına yoluxanlar barədə məlumatların əldə edilərək onların yaxın ətrafları və onlarla əlaqədə olduqlarına görə barələrində məhdudiyyətlər tətbiq edilmiş şəxslərin dairəsinin müəyyən edilərək tətbiq edilmiş təcrid tətbiqinə əməl edilməsi vəziyyətinə nəzarətin həyata keçirilməsi, Bankomatlar və “Milli ÖN” ödəmə vasitələrinin yerləşdiyi yerlərdə hər bir istifadədən sonra barmaqlarla təmasda olan hissələrin antibakterial vasitələrlə dezinfeksiya edilməsinin təmin edilməsinin təşkili nəzərdə tutulmuşdur.

Pin It

Şərh üçün bağlıdır.