Nazir Bakı polisinə yeni rəis müavini təyin etdi

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Axar.az Strateq.az-a istinadla xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmriylə bu vəzifəyə polis polkovniki Vüqar Ələkbərov təyin edilib.

1975-ci ildə anadan olan V.Ələkbərov Azərbaycan Polis Akademiyasını fərqlənmə diplomuyla bitirib, uzun müddət Polis Akademiyasında müəllim, daha sonra isə BMCMİ-də mühüm vəzifələrdə işləyib.

Sonuncu təyinatına qədərsə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.

Pin It

Şərh üçün bağlıdır.