Elçin Quliyevin general geyimindəki məktəbli oğlu ilə yanaşı bayraq daşıması aranı qatdı…

Dünən Həbib Müntəzi Novxanıdan bir ərazinin peyk görüntüsünü paylaşıb. Guya DSX rəisi Elçin Quliyev aid 165 hektar ərazidə villa olduğunu iddia edir.

O ərazi xüsusi dövlət obyektidir. Kiminsə villası deyil. Ərazidə iki ədəd helikopter meydançası, böyük nəqliyyat parkovkası olduğu da görünür. Küyə gedib, dəqiqləşmə aparmadan xəbəri yayıb günaha şərik olmayın. Novxanı uzaqda deyil. Gedib araşdırma apara bilərsiniz.

Bir də şəkildə general geyimindəki yeniyetmə general Elçin Quliyevin hərbi xidmətdə olan oğlu Məhəmməd deyil, hazırda orta məktəbdə oxuyan kiçik oğlu Əlidir.

İndi mənm də oğlum general nişanlı beret qoyur, general rütbəli forması var. Yazmalısınız ki niyə general papağı qoyur?

Pin It

Şərh üçün bağlıdır.