Koronavirusun gizli simptomları MƏLUM OLDU

Rusiyalı biologiya elmləri doktoru Ança Baranova koronavirusun gizli simptomları barədə danışıb.

AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, alim qeyd edib ki, asimptomatik daşıyıcıların əksəriyyəti gənclərdir. Onlar, adətən, həkimlərə başqa səbəblərlə müraciət edirlər:

“Məsələn, mədəaltı vəzini müayinə etmək lazım olur və kompüter tomoqrafiyası həmin şəxsin ağciyərində mövcud olan problemi üzə çıxarır.

Ağciyərin ölçüsü stereometriyadan istifadə edilməklə izlənilə bilər. Əgər ölçü azalırsa, bu, koronavirusun əlaməti ola bilər”

Mütəxəssis qeyd edir ki, infeksiyanın başqa bir gizli əlaməti böyrək funksiyasının azalması ola bilər. Bu vəziyyətdə qan testi etməlisiniz. Bundan əlavə, doğuşdan sonra hamilə qadınların ciftində koronavirus aşkar edilir. Hamilə qadın koronavirus keçiribsə, onu simptomsuz daşıyıcı adlandıra bilmərik. Belə halda o, simptomları bəlli olan insandır.

Pin It

Şərh üçün bağlıdır.