Ağstafada qonşuların davası qanla bitdi: Biri digərini öldürdü

Ağstafa rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Kənd sakini, 1991 ci il təvəllüdlü Heydərov Tural Misir oğlu sözügedən kənddə küçədə səs-küy salıb. Bu zaman kənd sakini olan 1977-ci il təvəllüdlü Şəmilov Hürriyyət Qavrel oğlu ona iradını bildirib.

Nəticədə hər iki şəxs arasında mübahisə yaranıb. Bu zaman Tural Heydərov Hürriyyət Şəmilovun boğaz nahiyəsindən bıçaqla vuraraq onu qətlə yetirib.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Pin It

Şərh üçün bağlıdır.