Ələt yolunda böyük tıxac

Bakı-Ələt yolunda böyük tıxac yaranıb

DYP postunun qarşısında yaranan tıxacın uzunluğu bir neçə kilometrə çatır.

AYNA xəbər verir ki, tıxaca səbəb Bakıdan xeyli sayda insanın rayonlara getməyə çalışmasıdır.

Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək isə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Bakı, Sumqayıt və Abşerondan digər rayonlara getmək istəyənlər postlardan geri qaytarılacaq.

Pin It

Şərh üçün bağlıdır.