Azərbaycanda ŞOK HADİSƏ – Qonşunun evini gülləbaran elədi

Biləsuvarda silahlı insident baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində kənd sakini O.Muradovun xuliqanlıq zəminində qonşusu A.Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

xezerxeber.az

Pin It

Şərh üçün bağlıdır.