25 yaşlı gənc məktub yazıb özünü asdı: “Mən getdim”

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb.

Rayonun Veysəlli kənd sakini, 1995-ci il təvəllüdlü Rüstəmov Səddar Fazil oğlu Kürdəmiş kəndində yaşayan dostu, 1975-ci il təvəllüdlü Rüzgar Mikayılovun həyətyanı sahəsində özünü kəndirlə asaraq öldürüb. Onun intihardan öncə “Haqqınızı halal edin, mən getdim” sözləri yazılan məktubu tapılıb.

Onun hansı səbəbdən özünə qəsd etməsi məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(apa.az)

Pin It

Şərh üçün bağlıdır.