Azərbaycanda polis bıçaqlandı

Bərdədə polis əməkdaşı vətəndaşın həyatını xilas edərkən bıçaqlanıb.

Pravda.az-ın xəbərinə görə, hadisə bu gün Bərdə rayonu Qaradəmirçi kəndində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, məlum hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərova polisə zəng edərək atası və qardaşı tərəfindən döyüldüyünü və həyatının təhlükədə olduğunu bildirib: “Dərhal Bərdə Rayon Polis Şöbəsinin əməliyyat qrupu həmin kəndə yollanıb. Hadisə yerinə yetişən polis əməkdaşları həmin qadının qardaşı Elçin Cəfərov tərəfindən döyüldüyünün şahidi olub. Polis əməkdaşı Eşqin Məmmədov qadını qardaşının əlindən almaq istəyib. Bu zaman Elçin Cəfərov əlindəki bıçaqla bacısına zərbə endirməyə cəhd edib. Polis əməkdaşı Eşqin Məmmədov özünü bıçağın qabağına atıb. Nəticədə polis əməkdaşı bədən xəsarəti alıb. Buna baxmayaraq Elçin Cəfərov hadisə yerində olan digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib”.

Pin It

Şərh üçün bağlıdır.