Millət vəkili: “DOST mərkəzlərində göstərilən xidmətlər sosial təminat sahəsində yenilikdir”

“DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə reallaşdırılan uğurlu tədbirlərin və həyata keçirilən islahatların parlaq nümunəsidir”.

Bunu APA-ya açıqlamasında millət vəkili Fatma Yıldırım deyib.

O bildirib ki, Prezident İlham Əliyevin AZTV-yə müsahibəsində qeyd etdiyi kimi, DOST mərkəzlərinin yaradılması çox gözəl sosial təşəbbüsdür: “Azərbaycan bu sahədə də liderlik göstərir. Azərbaycanın brendi olan bu mərkəzlərin fəaliyyətini xalqımız çox yüksək qiymətləndirir. Vətəndaşların bəyənmə əmsalının 96 faizə çatması da bu faktı təsdiqləyir.

Prezidentin vurğuladığı kimi, mərkəzlərdə göstərilən xidmətlər sosial təminat sahəsində böyük bir yenilikdir və Azərbaycan bu təcrübəsini başqa ölkələrlə də bölüşməkdədir.

Bütövlükdə, Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir”.

Millət vəkili nəzərə çatdırıb ki, 2019-2025-ci illərdə ölkə üzrə 31 DOST Mərkəzinin yaradılması nəzərdə tutulur: “Onların 5-i Bakıda, 26-sı isə bölgələrdə istifadəyə veriləcək. Belə mərkəzlərdən birinin də bu il millət vəkili kimi təmsil etdiyim Bərdə şəhərində yaradılması gözlənilir. Bərdə şəhərində DOST mərkəzinin yaradılması əhalimizə sosial sahədə daha operativ, çevik və şəffaf xidmətin göstərilməsində mühüm rol oynayacaq. Beləliklə, DOST artıq bərdəlilərin də xidmətində olacaq. Əminəm ki, bu, rayonda vətəndaş məmnunluğunun təmin olunmasında öz sözünü deyəcək”.

Pin It

Şərh üçün bağlıdır.