fatma yıldırım Bərdə.

97249916_163350135185578_5075378169536577536_o

98063369_163350345185557_4376051536904585216_o

97438277_163350191852239_961388632042635264_o

Bu gün Bərdə şəhərində 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Qədim Bərdədə tarixi-mədəni irsin qorunmasında və təbliğində muzeylərin rolu” adlı görüş keçirdik.
Görüşün keçirilməsində əsas məqsəd qədim tarixə malik olan Bərdə rayonunda muzey işinin inkişaf etdirilməsi və bu istiqamətdə qarşıda duran vəzifələrlə əlaqədar mütəxəssislərlə təcrübə mübadiləsinin aparılması, həmçinin, bu sahəyə müvafiq dəstəyin göstərilməsi idi.
Dostlar!
Ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə diqqətlə yanaşaraq Bərdə rayon Mədəniyyət şöbəsində, Diyarşünaslıq Muzeyində görüş keçirilib və daha sonra Bərdə türbəsi, Bəhmən Mirzə türbəsi, Şirvanlı hamamı və Balabəyin evi adlanan bina və Tərtər çayı üzərində qədim körpü ziyarət edilib.
Görüş zamanı Azərbaycan xalqının zəngin tarixi və mədəni irsə sahib olduğu bildirilib və qeyd edilib ki, bu irs xalqımızın əvəzsiz milli sərvətidir. Vurğulanıb ki, bu gün ölkəmizdə mədəni-tarixi abidələrimizin qorunması, muzey işinin daha da inkişaf etdirilməsi zərurətə çevrilib. Bu baxımdan, böyük tarixi keçmişə, tarixi-mədəni abidələrə malik olan Bərdə rayonunda da bu sahə ilə bağlı görüləsi işlər var.
Bildirmək istəyirəm ki, belə görüşlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Mən qədim tarixə və mədəni irsə malik olduğunu nəzərə alaraq Bərdədə regional Qarabağ Muzeyinin yaradılmasını təklif etdim.
Çıxışlar zamanı mütəxəssislər Bərdədə abidələrin qorunması, muzey işinin inkişaf etdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıb, müvafiq təkliflərlə çıxış ediblər.
İnanıram ki, görüşdə irəli sürülən dəyərli fikir və təkliflər məqsədə çatmaq üçün faydalı olacaq.
Qeyd edim ki, tədbirdə respublikamızın bir sıra tanınmış elm və ictimai xadimləri, aparıcı muzeylərin nümayəndələri iştirak ediblər. Mənim dəvətimi qəbul edib görüşdə iştirak edən AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, professor Kərim Şükürov, AMEA “Elmi və ekoarxeoloji tədqiqatlar” mərkəzinin rəhbəri, professor Kamil İbrahimov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Tədris və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Səfər Aşurova təşəkkür edirəm.

Pin It

Şərh üçün bağlıdır.