Mingəçevirdə bıçaqlanma olub

Mingəçevir sakini bıçaq xəsarəti alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisindəki kafelərdən birinin yaxınlığında baş verib.

1983-cü il təvəllüdlü şəhər sakini Nəriman Mikayılov sol əl nahiyəsindən aldığı kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Pin It

Şərh üçün bağlıdır.