İmişlidə 2 uşaq anası intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 04.00 radələrində rayonun Muradxanlı kəndində baş verib. Beyləqan rayonunda ərdə olan 1997-ci il təvəllüdlü Babayeva Arzu Rasim qızı atası evində üzüm çardağından özünü asaraq intihar edib.

Qeyd edilir ki, A.Babayeva 2 uşaq anası olub.

Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.

Pin It

Şərh üçün bağlıdır.