Nazir: “İşə başlayan sahibkarlar 190 manatlıq ödənişdən kənarlaşdırılacaq”

“Ödənişi ilk ayda alanlar sonradan işə düzələr və ya sahibkarlıq fəaliyyətinə davam edərsə, onlar bu ödənişlərdən kənarlaşdırılacaq”.

Bunu “REAL TV”yə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu mexanizm davamlı olaraq icra edilir və may ayının sonunadək 2 aylıq ödəniş tam şəkildə yekunlaşdırılacaq.

“Artıq 6 mayda 600 mininci insana 190 manatlıq ödəniş edildi. Paralel olaraq bu insanların hər birinə bank kartlarının açılmasına dair tapşırıqlar verildi və bank kartları onlara təqdim olunmağa başlayıb. İkinci ay ödənişləri artıq bank kartları üzərindən alınacaq. Bu proses mayda da davam etdirələcək”, – deyə S.Babayev deyib.

Pin It

Şərh üçün bağlıdır.