Tovuzda yüksək sürət can aldı: Kanala aşan avtomobildə bir nəfər öldü, digəri yaralandı .

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlunun idarə etdiyi “VAZ 21099” markalı maşın yol kənarındakı kanala aşıb.

Qəza nəticəsində A.Səməndərov və onun sərnişini 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon xəstəxanasına aparılıb.

T.Quliyev həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı araşdırma aparılır.

Pin It

Şərh üçün bağlıdır.