Ukrayna “erməni soyqırımı” ifadəsini qadağan etdi – Video

Ermənistan illərdir Türkiyənin keçən əsrin əvvəllərində ermənilərə qarşı soyqırım törətdiyini iddia edir.

Bu cəfəngiyyatı qəbul edən ölkələr də tapılıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna Türkiyənin günahlandırılmasına qarşı çıxıb. Postsovet ölkəsində “erməni soyqırımı” ifadəsi qadağan edilib. Beləcə, Qərbin bəzi ölkələrinə qoşulmamaq qərarı verib.

Türkiyə mətbuatının yazdığına görə, Ukrayna qəti mövqe ortaya qoyub. Bundan sonra ölkədə erməni soyqırımı iddiası ilə keçirilən hər hansı tədbirə imkan verilməyəcək.

Ermənistan indiki Türkiyənin 1915-ci ildə – Osmanlı dövründə soyqırım etdiyini bildirir. Guya 8 il ərzində 1,5 milyon erməni öldürülüb. Halbuki həmin dövrdə bölgədə heç bu qədər erməni yaşamırdı.

Pin It

Şərh üçün bağlıdır.