“Qalatasaray” ulduzunun ailə üzvü koronavirusdan öldü.

Türkiyənin “Qalatasaray” klubunun niderlandlı futbolçusu Rayan Donkun ailə üzvü koronavirusdan dünyasını dəyişib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

34 yaşlı futbolçu nənəsinin koronavirus səbəbindən vəfat etdiyini açıqlayıb.

“Möhtəşəm nənəmiz vardı. Bu qorxunc xəstəlik onu bizdən çox erkən aldı, ancaq onun bizi hər zaman görəcəyini bilirəm. Yanımızda olmasan da, sonsuza qədər qəlbimizdə yaşayacaqsan. Səninlə həmişə fəxr edəcəyik”, – deyə ulduz futbolçu bildirib.

Pin It

Şərh üçün bağlıdır.