Ağdamda elinin GÜNünə ağlayan ELGÜNün həbsi: Başçı ilə rəisin birgə əməliyyatı

MİQ.AZ-a istinadən.
Dünən saat 14:00 radələrində Ağdam rayon Quzanlı qəsəbəsində jurnalist Rəhimov Elgün Rizvan oğlunun polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat gözlənilən olmasa da, bu baş verdi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Miq.Az-a açıqlamasında məlumatı təsdiqlədi və səbəbi də izah edərək məhkəmədə ədalətli qərarın çıxarılacağını vurğuladı:

“Bu gün Ağdam rayon Quzanlı qəsəbəsində jurnalist Elgün Rəhimov karantin qaydalarını pozub. Polis əməkdaşları ondan müvafiq sənədləri tələb edərkən, jurnalist polisin qanuni tələbinə əməl etməyib.Elgün Rəhimov bu gün İXM-nin 211- ci və 535-ci maddələri ilə məhkəmə qarşısına çıxarılacaq. Məhkəmə jurnalistin əməlinə hüquqi qiymət verəcək”.

TANITIM: Mətbuatda Elgün Gəncimsoy imzası ilə tanınan Elgün Rəhimov hərbi jurnalistika sahəsində çalışıb. 2016-cı ilin “Aprel döyüşləri” ərəfəsində Azərbaycan ictimaiyyətini operativ xəbərlərlə təmin edib.

Azərbaycanda nüfuzlu media orqanlarında işləyib. Polis tərəfindən saxlanlan günlər isə cəbhəyanı kəndlərdə aztəminatlı ailələrə yardım kampaniyalarının təşkilatçısı olub.

Elgünün həbsi üçün göstərilən maddələr gülüncdür. Əvvəla, Elgün ora gələn ciniyaət axtarış şöbəsinin əməkdaşlarından bir ilə çox səmimi danışıb. Və polis əməkdaşının şöbəyə getmək təklifini gülərüzlə qarşılayaraq onlarla birlikdə polis idarəsinə gəlib.

Sosial şəbəkələrdə Elgünlə bağlı narahatçılığını bildirən oxucuları və onu tanıyanlar baş vermiş hadisənin bilavasitə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla rayon polis idarəsinin rəisi Pərviz İsmayılovun tapşırığı əsasında şərlənərək həbs olunduğunu bildirirlər.

Elgün Gəncimsoyu tanıyaraq bildirirk ki, gənc olmasına baxmayaraq işgüzardi və həm də Qarabağda gedən hərbi əməliyyyatlarla bağlı bilgili adamdır.

Redaksiyamzın əməkdaşlarından biri 2 ay bundan qabaq Qarabağ bölgəsinə ezamiyyəti zamanı Elgünü belə xarakterizə edirdi:

“O, çox vətənpərvər oğlandı. Yazı və statuslarının da çoxu hərbi-vətənpərvərlik mövzusundadı. Statusdan söz düşmükən, onun “Səngər” hərbi səhifəsindəki bir yazısına 250. 000-dən çox baxış var idi. Elgünün Qarabağ bölgəsində yerli əhali və ordu, xüsusən də Qarabağ qaziləri arasında böyük nüfuzu vardır. Tərtərdən Beyləqana kimi hər yerdə onu müsbət xarakterli jurnalist kimi xarakterizə edirdilər. Jurnalistika fəaliyyətində ən çox səngərlərdən reportaj hazirlamağa üstünlük verib. Murovun dəniz səviiyəsindən ən hündür zirvələrinə qədər hərbi reportajları var.”

Miq.Az olaraq Elgün Gəncimsoyun ad günündə Ağdam Polsi tərəfindən həbsini pisləyirik və həmkarımızın müdafiəsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Redaksiyamıza Elgün Gəncimsoyun yaxınları tərəfindən verilən məlumata görə, bu həbsin arxasında Ağdam rayon icra başçısı Vaqif Həsənovla polis rəisi Pərviz İsmayılov dayanır.

İcra başçısı ilə polis rəisinin naşı hərəkəti nəticəsində bir jurnalistin həbs olunması Azərbaycanı xarici təşlikatlar qarşısında çıxılmaz vəziyyətə qoyması dövlətçilik prinsiplərinə ziddir.

Elgün jurnalist olaraq həmişə elinin bu gününə, işğlada və düşmən çəkmələrinin altında tapdaq olan torpaqlarımızın taleyinə ağlayan və yanan jurnalistdir. O, bütün yazılarında dövlətçilik prinsiplərini həmişə qoruyub. Adı və imzası yalnız hərbi-vətənpərvərlik ruhlu yazılarla birgə çəkilib. Azərbaycana və onun Prezidentinə sədaqətli birisidir.

Redaksiya olaraq jurnalistin dərhal azadlığa buraxılması üşün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanıma xüsusi olaraq jurnalistlər adından müraciət hazırlanır.

Harda görünüb ki, şəxsi prisnsiplərə görə bir məmur Prezidentin, Daxili İşlər Nazirinin ona olan etimadından sui-istifadə etsin? Kim bunlara ixtiyar verib ki, Azərbaycanı beynəlxalq təşkilatlar qarşısında zərbə altına atsin?

FOTO: Həbs olunmasından bir gün əvvəl aztəminatlı ailələrə yardım paylayarkən

İki azyaşlı övlad atası, şəhid və qazi ailəsi, “Aprel döyüşləri”ndə ideoloji cəbhəmizin ən döyüşkən yaradıcı əsgəri Elgün Gəncimsoyun dərhal azad olunmasını tələb edirik.

Həbsin pərdəarxası gizlinləri barədə bu yaxınlarda açıqlama veriləcək.

Redaksiyadan: Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

1587584197_93615244_691242061642398_693372416390332416_n

1587584481_93615244_691242061642398_693372416390332416_n

1587584190_93861738_2864078450346820_1957273737032105984_n

Pin It

Şərh üçün bağlıdır.