Türkiyə Dağlıq Qarabağla bağlı boykot çağırışı etdi

Türkiyə ATƏT-in Minsk qrupunu və bütün beynəlxalq təşkilatları Dağlıq Qarabağdakı separatçı rejimin qanunsuz “Prezident və Parlament seçkiləri”ni boykot etməyə çağırıb.

Reyting.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan “Prezident və Parlament seçkiləri”, Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhddir və beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır.

1585563060_752x395-disisleri-bakanligindan-son-dakika-yukari-karabag-aciklamasi-1585562117130

Açıqlamada qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün, ATƏT-in Minsk qrupu çərçivəsində mərhələli danışıqların davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili, sülh yolunu və eləcə də davamlı sabitliyi sarsıdan bir təşəbbüsdür: “Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən ATƏT-in Minsk qrupunu bu seçkini tanımamağa dəvət edirik”.

Türkiyə bəyan edir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yeni şəkildə pozulmasını təşkil edəcək bu qeyri-qanuni seçkiləri rədd edir:

“Türkiyə, ATƏT-in Minsk qrupunun bir üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”.

Pin It

Şərh üçün bağlıdır.