Tovuzda xüsusi karantin qaydaları belə pozulur – bazar, mağazalar adi qaydada işləyir – FOTO/VİDEO

tovuz

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq xüsusi karantin qaydaları gücləndirilib. Tələblərə görə, ictimai iaşə, ticarət obyektlərinin (ərzaq mağazaları, supermarketlər və apteklər istisna olmaqla) fəaliyyəti qadağandır.

Amma təəssüf ki, bu qaydaları pozanlar var. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Tovuz rayonunun Qovlar şəhərində yerləşən bazar və mağazalar adi qaydada fəaliyyət göstərir.

Faktı təsdiqləyən videogörüntünü təqdim edirik.

Pin It

Şərh üçün bağlıdır.