Mətbuat katibindən Mübariz Mənsimovun son durumu ilə bağlı açıqlama

“Palmali” şirkətinin mətbuat katibi Fidan Quliyeva Mübariz Mənsimovun azadlığa buraxılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı açıqlama yayıb və məlumatı təkzib edib.

AzToday.az açıqlamada Mübariz Mənsimovun həbsxanada aclığı davam etdirdiyi bildirilib:

“Bir müddət əvvəl keçirdiyi ağır cərrahiyyə əməliyyatı və aclıq Mənsimovun səhhətinə ciddi təsir edir. Onun azadlığa buraxılması və ya xəstəxanaya yerləşdirilməsi xəbərləri həqiqətə uyğun deyil. Hazırda Mübariz Mənsimovun azadlığa buraxılması məqsədi ilə hüquqi proses davam edir. Vəkillər onun azad olunması üçün əllərindən gələni edirlər”.

Pin It

Şərh üçün bağlıdır.