Bərdədə məcburi köçgunlər aksiya keçirdi. FOTO-VİDEO FAQT.

Bu gün Bərdədə 588 mənzilli qəsəbədə yaşayan məcburi köçkünlərin aksiya keçirməsinə səbəb qəsəbənin bir neçə metrliyində yerləşən 10-dan artıq tövlədən ibarət toyuq fermasından gələn dəhşətli ifunətdir.İfunətdən evlərdə oturmaq da mümkün deyil.Bununla bağlı rayon rəhbərliyinə bir neçə dəfə məlumat da verilib.Ancaq heç bir nəticəsi olmayıb.Vəziyyətin çıxəlmaz olduğunu görən məcburi köçkünlər aksiya keçirmək məcburiyyətində qalıblar.Onların yeganə istəyi bu dəhşətli ifunətə son qoyulmasıdır.
Bu gün dünyada 200-ə yaxın ölkədə KARONA virusla mübarizə aparılır.Həmin dövlətlərdən biri də Azərbaycandır.Dövlətimiz,hökumətimiz əhalinin sağlamlığı üçün bütün tədbirləri gördüyü halda, bu ferma sahibləri 588 ailənin həyatını risk altına alır.Bu isə KARONA virusla bütün dünyanın bacara bilmədiyi vaxtda yol verilməzdir.Hökumətimiz əhalini izaliyasya edərək evdə oturmağı məsləhət görür.Ancaq məcburi köçkünlərin dediyinə görə evdə oturmaq da mümkün deyil.
Məcburi köçkünlərin yeganə istəyi Möhtərəm Cənab Prezident İlham Əliyevin bu işdə onlara dəstək durmasıdır. Məcburi köçkünlər bildirirlər ki, Cənab prezident daim onların qayğılarına qalır və problemlərini həll edir.

Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.
Dərc etdi: İntiqam Elman oğlu.

Pin It

Şərh üçün bağlıdır.