Türkiyə Super Liqası dayandırılıb

Koronavirus pandemiyasının yayılması səbəbindən Avropada daha bir çempionatı dayandırılıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə Super Liqasının oyunları təxirə salınıb.

Qərar gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ilə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir arasında keçirilən görüşdən sonra açıqlanıb.

Əvvəlcə Rivadakı bazada TFF İcraiyyə Komitəsini növbədənkənar iclasa çağıran, eyni zamanda klub rəsmilərinin fikrini öyrənən federasiya prezidentinin nazirlə görüşündən sonra futbol yarışlarının qeyri-müəyyən müddətə təxirə salınması qərara alınıb.

Qeyd edək ki, Super Liqada 26 turdan sonra “Trabzonspor” və “Başakşəhər” 53 xalla turnir cədvəlinə liderlik edirlər.

Pin It

Şərh üçün bağlıdır.