İtaliya virusdan ölüm sayına görə 1-ci yerə keçdi

Koronavirus gün keçdikcə İtaliyaya daha böyük zərbə vurur. Bu ölkədə hər gün virus rekordu qeydə alınır.

Bizimyol.info xəbər verir ki, İtaliya virusdan ölüm sayına görə 1-ci yerə keçib. Avropa dövləti bu kateqoriyada Çini geridə qoyub.

Bu gün İtaliyada koronavirusdan 427 ölüm qeydə alınıb. Beləcə, ölənlərin sayı 3405-ə çatıb. Çində isə indiyə qədər 3245 insan virusdan həyatını itirib.

İtaliyada bu gün həm də virusa yoluxma rekordu rəsmiləşib. Avropa dövlətində daha 5322 nəfərdə pandemiya aşkarlanıb. Virusa yoluxanların ümumi sayı 41 min 35 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, bütün dünyada 236 min 703 nəfərdə koronavirus aşkar edilib. Ümumi ölənlərin sayı 10 minə yaxınlaşır (9818).

Pin It

Şərh üçün bağlıdır.