Bakıda sahibkarlar niyə ciblərini insanların sağlamlığından üstün tuturlar? – FOTO

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini həyata keçirməyə başlayıb.

BAKU.WS xəbər verir ki, qərara əsasən restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib. Restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilirb. Bütün bu tədbirlərin həyata keçirilməsi son dərəcə vacib və virusun yayılmasının qarşısının alınması üçün hökumət tərəfindən atılan vacib addımdır.

Ancaq bəzi sahibkarlar ya vəziyyətin ciddiliyini anlamayaraq, yaxud da öz manefelərini xalqın marağından üstün tutaraq qaydaları pozmaqla məşğul olurlar. Belə məkanlardan biri də Şaurma N1 Mərdəkan filialıdır.

Belə ki, bu obyekt saat 21:00-dək fəaliyyət göstərdikdən sonra iaşə obyektinin dam örtüyünü açaraq terras şəklində fəaliyyət göstərir. Polis əməkdaşları obyektin əməkdaşlarına qadağanı xatırlatdıqda isə onlar əməllərini belə əsaslandırırlar ki, iaşə obyektinin tavanı açılıb və ora artıq qapalı məkan sayıla bilməz.

İstənilən halda obyekt sahiblərinin bu addımı heç bir məntiqə sıxmır. Çünki virus hava-damcı yolu ilə ötürüldüyündən iaşə obyektinin tavanının açılması xəstəliyin yayılmasını daha sürətləndirə bilər.

Şaurma N1 Mərdəkan filialına məsləhətimiz budur ki, ölkəmizin və ümumiyyətlə planetimizin bu ağır günlərində öz manefelərini düşünməkdən əl çəkərək dövlətin tətbiq etdiyi qadağa əməl etməlidir. Hər kəs bu günlərdə öz manefiyini arxa plana keçirərək ümumi mənafeyimizi önə çəksə çətin vəziyyətdən ləyaqətlə çıxa bilərik.

Qeyd edək ki, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılması və bu virusun yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar ölkədə bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

    Oxunma sayı (6)

Pin It

Şərh üçün bağlıdır.