Azərbaycanda toyları təxirə salmağı tövsiyə edilir

Nazirlər Kabineti yanında yaradılmış operativ qərargah əhaliyə qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edir.

Regionxeberleri.com Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı qərargahın yaydığı məlumatda adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riskinin yüksək olduğu qeyd edilir.

Qərargah virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşları bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırır.

Qeyd edək ki, koronovirusdan qorunmaq məqsədilə Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib.

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.