Bərdədə məcburi köçkünlərin evlərini su basıb – VİDEOREPORTAJ

f6ed6e40-ae4a-4509-ab4c-b13f4f053e92_108

592f89be-2fbd-4ccc-b390-c0c73d1c9565_108

Bərdə rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı evləri su basıb.
“Report”un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayonun Kətəlparaq kəndində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkünlər – Loğman Məhərrəmov və Arzuman Məmmədovun məskunlaşdığı evlərə su dolub.
Məcburi köçkünlərin yaşadığı evlər yerli sakinlərin əkin sahələrinə yaxın yerləşdiyindən suvarılma zamanı nəzarətsiz qalan borulardan axan su onların yaşadığı evlərə dolaraq və həyətyanı sahələrini gölməçəyə çevirib. Məcburi köçkünlərin yaşadığı evlər çiy kərpicdən tikildiyi üçün həmin evlər yaşamaq üçün yararsız hala düşüb. Bundan başqa, evlərin içərisinə dolan suvarma suları əşyalara da ziyan vurub.
Məcburi köçkünlərin sözlərinə görə, subasma hadisəsi əvvəllər də bir neçə dəfə baş verib. Yerli sakinlər pay torpaqlarını suvaran zaman nəzarətsiz qoyurlar. Bu səbəbdən də ətraf əraziləri su basır.

    Oxunma sayı (28)

Pin It

Şərh üçün bağlıdır.