” Yevlaxda saxtakar məktəb direktoru yoxsa Məntəqə sədri” VİDE faqt.

48 saylı Yevlax Seçki Dairəsinin 6 saylı məntəqəsində seçki saxtakarlığı müşahidə edilib.
xəbər verir ki, həmin seçki saxtakarlığı MSK tərəfindən 6 saylı məntəqədə (Yevlax rayon 7 nömrəli tam orta məktəbində) quraşdırılmış müşahidə kameraları vasitəsilə müşahidə edilib. Videoda göründüyü kimi, seçki saxtakarlığı məntəqə sədri Təhsil Nazirliyinin yeni təyin etdiyi məktəb drektoru Ülviyyə Ağayevanın gözü qarşısında baş verir. Videodakı məntəqə nümayəndəsi (müəllimənin ad, soyadını dəqiqləşdirməyə çalışırıq) dəfələrlə seçki qutusuna topa-topa bülletenlər atır. Məntəqə sədri Ülviyyə müəllimə isə buna göz yumur.
Burda maraqlı bir sual yaranır: Hörmətli Ülviyyə müəllimə! Siz saxtakarlığı Azərbaycan xalqına qarsı edərkən Təhsil Nazirliyinə necə düzgün ola bilərsiz?
Bəli bu görüntülər bu şəxsin TN etimadını doğrultnayıb yüksək səviyyəli yalançı və saxtakar olduğunun sübutudur! Əslində Fakt budur ki, bu direktor məktəbi də bu qaydada idarə edir. Danılmaz faktdır ki,
bütün Yevlax bu müəlliməni Yevlax rayon İcra Hakimiyyətində yüksək vəzifəli məmurla şərikli məktəb idarəedicisi olduğunu iddia edir!

Qeyd edək ki, sosial şəbəkələrdə səsvermənin gedişi ilə bağlı qanun pozuntusuna yol verilməsinə dair məlumatlar bu məsələni gündəmə gətirib. Hətta Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuata açıqlamasında sosial şəbəkələrin çox ciddi araşdıralacağını bildirib.

Araşdırmanın nəticəsindən sonra bəzi dairə və məntəqə seçki komissiyalarının sədrlərinin cəzalandırlacağı qeyd olunur. Çünki bəzi rayonlarda icra başçılarının seçki prosesinə müdaxilə etdiyi bildirilir. Müəyyən yerli məmurların prosesə qanundankənar müdaxilələri vətəndaşların ölkədə aparılan islahatlara inamını sarsıtdı. Ölkədə keçirilən parlament seçkilərində saxtakarlıq etdiklərinə görə həmin dairə sədrlərinin həbsinin baş verəcəyi ehtimal olunur. Bununla yanaşı, həmin dairələrin olduğu ərazilərin icra başçılarının da vəzifədən azad ediləcəyi bildirilir. Çünki icra başçılarının rəhbərlik etdikləri rayonlarda bir namizədin xeyrinə inzibatı resursları səfərbər etməsi daha çox hakimiyyətin maraqlarına uyğun olan tam demokratik, ədalətli seçki niyyətini sabotaj etmək cəhdindən başqa bir şey deyil.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Dərc etdi Elman Nuruoglu.

Pin It

Şərh üçün bağlıdır.