Ər avtomobillə arvadının üzərindən keçdi

Bakıda bədbəxt hadisə baş verib.

Hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib.

Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (16)

Pin It

Şərh üçün bağlıdır.