51 nəfər şübhəli şəxs qismində saxlanılıb

Yanvarın 31-dən fevralın 1-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin üstü açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28 fakt müəyyən edib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

    Oxunma sayı (10)

Pin It

Şərh üçün bağlıdır.