MSK YAP-ın deputatlığa namizədinə xəbərdarlıq edib VİDE faqt.

Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və 93 saylı Bərdə Şəhər Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK üzvü Tofiq Həsənov məlumat verib.

T. Həsənov deyib ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir: “Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsiylə yayımlanıb”.

MSK bu fakta əsasında 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.

    Oxunma sayı (22)

Pin It

Şərh üçün bağlıdır.