48 saylı Yevlax seçki dairəsindən dəfələrlə seçilən İlham Məmmədovun yarıtmaz fəaliyyəti haqda ölkə mediasında müxtəlif səpkili materiallar dərc olunub

“Əgər İlham Məmmədov Yevlaxlıların başına açdığı oyunları unudubsa, bizlər bunu unutmamışıq”.

Yevlaxlıları Milli Məclisdə təmsil edən və hazırda YAP-ın siyahısından 48-saylı Yevlax seçki dairəsindən millət vəkilliyinə namizədliyi irəli sürülən İlham Məmmədovun qanunsuz əməllərini ifşa edən şok effektli müraciət daxil olub.

“Bildiyiniz kimi bu yaxınlarda iqtidar partiyası YAP tərəfindən 48 saylı seçki dairəsi üzrə Məmmədov İlham Kazım oğlunun ölkə başçısı cənab İlham Əliyevi aldadaraq deputatlığa namizədliyi verilmişdir. Beşinci çağırış üzrə Milli Məclisdə deputat olan İlham Məmmədov sözün əsl mənasında ancaq öz biznesini qurmuş, vəzifə səlahiyyətlərindən istifadə etməklə qohumlarının adına mülkiyyətlər toplamışdır. İşlədiyi dövrdə Yevlax rayonunu talıyan, rayon üçün, əhali üçün demək olar ki, heç bir xeyri dəyməyən İlham Məmmədovun yenidən həm də bizim siyasi partiyamız olan YAP tərəfindən namizədliyini irəli sürməsi sözün əsl mənasında bizlərdə qıcıq yaradır və hesab edirik ki, bu Yevlaxlılara təhqirdir. İlham Məmmədov isə utanmadan bəzi yaxınlarının məclisində deyib ki, “hər şey pulun başının altındadır”.
Əgər elə olmasaydı YAP-ın 48 saylı Yevlax Seçki Dairəsindən irəli sürdüyü namizəd İlham Məmmədov yenidən “seçiləcəyini” haradan bilir?

Növbədənkənar parlament seçkiləri təyin edildikdən sonra Yeni Azərbaycan Partiyası (YAP) gənc və perspektivli kadrlara üstünlük verəcəyini açıqlayanda, əksəriyyət hakim siyasi qüvvənin öz deputat korpusunun tərkibini 90 faiz yeniləyəcəyini gözləyirdi.

Lakin YAP-ın ötən ilin son günlərində açıqladığı namizədlər siyahısı bu gözləntilərin əsassız olduğunu göstərdi. Hakim partiya Milli Məclisin buraxılmış tərkibində təmsil olunan deputatlarının çoxunu yenidən namizəd kimi irəli sürməklə, “yeniləşmə” anonsunun “sözgəlişi” olduğunu nümayiş etdirdi.

YAP-ın “yarıtmaz” diqnozu ilə buraxılmış parlamentdəki deputatlarından biri də 48 saylı Yevlax seçki dairəsindən mandat almış İlham Məmmədovdur. O İlham Məmmədov ki, yevlaxlılar ona xeyli vaxtdır, “makler” ləqəbi qoyublar. Yəni Yevlax camaatı onu deputatdan çox “makler” fəaliyyəti ilə tanıyırlar.

Yerli sakinlərlə söhbət zamanı öyrəndik ki, İlham Məmmədov kimlərisə hansısa vəzifəyə təyin etdirmək və müəyyən şəxslərin şübhəli işlərini yoluna qoymaq lazım olanda, yada düşür.

İlham Məmmədov Yevlaxda həm də “məclis adamı” kimi tanınır. Yevlaxlılar İlham Məmmədovun yemək-içmək məclislərinin adla deyildiyini bildirirlər. Təşkil etdiyi məclislərdə əlinə badə götürüb uzun-uzadı sağlıq deməkdən yorulmayan İlham Məmmədov nədənsə, Milli Məclisdə ağzını açıb ona mandat qazandırmış seçicilərin maraqlarını müdafiə üçün bir kəlmə söz də söyləmir. Nə biləsən, bəlkə bunun üçün də dolu badə tələb olunur…

Yeri gəlmişkən, İlham Məmmədov YAP tərəfindən deputatlığa namizəd irəli sürüldükdən sonra hər imkanda mandatın məhz ona veriləcəyini bəyan etməkdədir. Əslində, 48 saylı Yevlax Seçki Dairəsində qeydə alınmış digər namizədlərin kimliyinə baxdıqda, bu “rəqib”lərin sanki İlham Məmmədovun “qələbə”sinə mane olmamaq üçün bir araya toplandıqları təsəvvürü yaranır. Çünki İlham Məmmədovun formal alternativləri Yevlax rayonunda kiçik vəzifələr tutan xırda məmurlardır.

Bu mənzərənin müşahidəsi göstərir ki, “makler” İlham yenə də “danışılmış oyun”un içindədir.
Bu azmış kimi İlham Məmmədov təhsil , səhiyyə və digər müəssisə işçilərinə təzyiq və basqılar nümayiş etdirir ki, 9 fevral tarixində keçiriləcək Milli Məclisə növbədən kənar deputat seçkilərində ona səs versinlər. Adının çəkilməsini istməyən təhsil işçisi saytımıza məlumat verərkən bildirib ki, qorxumuzdan İlham Məmmədova səs verməyə məcburuq. Səs vermədiyimiz halda mənim kimi müəllimələri işdən azad etdirməyi ilə hədələyirlər.
İlham Məmmədov dövlət başçısı Cənab İlham Əliyevin imzaladığı sərəncamları heçə sayaraq öz istədiyi kimi hərəkət edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Pin It

Şərh üçün bağlıdır.