Təhsil Nazirliyinin əməkdaşları avtomobil vuran şagirdlərə baş çəkiblər

Təhsil Nazirliyinin əməkdaşları dünən Xırdalanda avtomobil vurması nəticəsində ağır xəsarət alan məktəblilərə baş çəkiblər.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” səhifəsində bildirib: “Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərkən minik avtomobili vurub. Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini “Bakı City Hospital”da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, “keçmiş olsun” dedik”.

    Oxunma sayı (4)

Pin It

Şərh üçün bağlıdır.