Yanvarın 24-nə olan hava proqnozu

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə havanın yağıntılı olacağı, axşam sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-4 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq.

Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi, yağıntılı hava şəraiti və temperaturun kəskin enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

    Oxunma sayı (2)

Pin It

Şərh üçün bağlıdır.