Bakıda DƏHŞƏT: Qayınana dilənməkdən imtina edən hamilə gəlinini küçəyə atdı – VİDEO

Bakıda gənc qadın əri və qayınanası tərəfindən diləndirilib. Faciəvi məqam budur ki, qucağında körpəsi ilə dilənən Səadət 6 aylıq hamilədir.

BAKU.WS xəbər verir ki, ARB-nin “Elgizlə izlə” proqramı gələn Səadət əri tərəfindən aldadılaraq qaçırıldığını deyib.

“Sevirəm” deyib, şirin dilə tutub qaçıran ər qısa müddət keçdikdən sonra onu dilənməyə məcbur edib. Qazandığı puldan uşağa bez belə almağa ixtiyarı olmayan Səadət dilənməkdən imtina edib. Bu etirazından sonra ər və qayınana onu evdən qovub. Qışın soyuğunda qucağında körpəsilə küçədə qalan hamilə qadın hazırda Mehriban Zeynalovanın “Təmiz dünya” İctimai Birliyinin sığınacağındadır.

Aysel

    Oxunma sayı (4)

Pin It

Şərh üçün bağlıdır.