18 nəfər deputatlığa namizədliyini geri götürdü

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Mərkəzi Seçki Komissiyasının (MSK) saytının verdiyi məlumata görə, indiyə qədər 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qeyd edək ki, MSK sədri Məzahir Pənahov MSK-nın yanvarın 19-da keçirilən iclasında 1560 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını bildirmişdi. Beləliklə, ötən 2 gün ərzində 18 nəfər deputatlığa namizədliyini geri götürüb. (apa)

    Oxunma sayı (15)

Pin It

Şərh üçün bağlıdır.