Azərbaycanda İcra Hakimiyyətində yeni – TƏYİNAT

Goranboy Rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi təyin edilib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu vəzifəyə Elçin Xanlar oğlu Cahangirov təyinat alıb.

Goranboy Rayon İcra Hakimiyyətindən Oxu.Az-a təyinatı təsdiqləyiblər.

Xatırladaq ki, E.Cahangirov iyul ayında Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini vəzifəsindən azad edilmişdi.

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.