Vidadi İsayevdən növbəti ŞİKAYƏT

Bərdə Mal bazarından yığılan pullar hara xərclənir?

Kainat.tv-ye istinadən.
Kainat.tv xəbər verir ki, heyvan alveri ilə məşğul olan vətəndaşlar- Cəfərov Yediyar Sabir oğlu və Həsənov Yaşar Fərman oğlu saytın elektron ünvanına Bərdə mal bazarında baş alıb gedən özbaşınalıqlarla bağlı müraciət ünvanlayıb.

Belə ki, şikayətçilər vurğulayırlar ki, hər həftənin bir günü işləyən bazara ən azgətiriləndə mindən çox iribuynuzlu və iki-üç mindən çox da xırdabuynuzlu heyvan gətirilir. Gətirilən iribuynuzlu heyvanlar üçün iki manat, xırda buynuzlu heyvan üçün bir manat, bazara girən maşınlardan isə beş manatdan pul alınır.

Ancaq bu ödənişlər üçün vətəndaşlara nə qəbz, nə də ödənişləri haqda heç bir ödəniş çeki verilmir. Bundan narazı qalan vətəndaşlar bazar üçün ödədikləri ödənişin müqabilində bazarın natəmiz olmasından və bazara aid heç-bir şəraitin olmamasından gileylənir.

Bazara gəələn vətəndaşlar bazarda təmiz suyun, ayaqyolunun, çayxananın və marketin olmamasını bildirir. Hər bazar günü heyvanların çirkləndirdiyi bazarın ərazisinin təmizlənməməsindən dəfələrlə aidiyyatı qrumlara şikayətçi düşmələrinə baxmayaraq, hələ də heç-bir tədbirinin görülmədiyi üçün haqlı narazılıqlar da yaranıb.

Bazarda hər ay yığılan 20 min manatdan çox pulun mənimsənilməsi rayon icra başçısı Vidadi İsayev tərəfindən həyata keçirilir. Amma bazarda vətəndaşlar üçün heç bir şərait yaradılımır. Bildirilir ki, Bərdə rayonunda yerləşən mal bazarında yığılan pullar demək olar ki, tamami ilə İcra başçısının sərvətinə qatılır.

Bazara gətirilən hər heyvana görə vətəndaşlar rəsmi olaraq ödəniş etsələr də, çek ala bilmirlər . Bazarda yığılan pullar Bərdə rayonunda bir-neçə məmurun cibinə getdiyi üçün dövlət büdcəsin boş qoyulur. Deyilənlərə görə, cibinə işləyən məmurlar icra başçısı Vidadi İsayevin adamlarıdır. Reportyor.tv

1574953493_images

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

    Oxunma sayı (69)

Pin It

Şərh üçün bağlıdır.